• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Dilan Polat psixiatrik xəstəxanaya YERLƏŞDİRİLƏCƏK

MƏDƏNİYYƏT

27 May 2024 | 19:35

Dilan Polat psixiatrik xəstəxanaya YERLƏŞDİRİLƏCƏK

Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan məşhur fenomen Dilan Polat Psixi və Əsəb Xəstəlikləri Xəstəxanasına yerləşdiriləcək.

Bakıvaxtı.az  bu barədə türk mətbuatına istinadən xəbər verir.

Qeyd olunub ki, Polat müalicədən sonra yenidən həbsxanaya göndəriləcək.

Xatırladaq ki, Anadolu Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində 6 aydır həbsdə olan Dilan Polat mayın 20-də məhkəmə tibbi ekspertizanın rəyindən  sonra Ədliyyə Tibb İdarəsinə sövq edilib. 

Xatırladaq ki, Türkiyədə son zamanlar sosial media fenomenlərindən polisə çoxsaylı şikayətlər daxil olur. Keçirilən əməliyyatlar çərçivəsində ötən ilin noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb


SON XƏBƏRLƏR

07 Sentyabr 2024