• Bakı 15° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

DİM-in yeni İmtahan Korpusunun açılışı oldu - FOTOLAR

CƏMİYYƏT

08 May 2024 | 11:21

DİM-in yeni İmtahan Korpusunun açılışı oldu - FOTOLAR

Dövlət İmtahan Mərkəzinin yeni İmtahan Korpusunun açılışı olub.

Bakıvaxtı.az xəbər verir ki, yeni imtahan korpusunun açılışı ilə əlaqədar mediatur təşkil olunub.

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mediaturda iştirak edən jurnalistlərə elektron imtahanların keçirilməsi üçün nəzərdə tutulan imtahan korpusu və onun imkanları barədə məlumat verib.

M.Abbaszadə bildirib ki, yeni bulud texnologiyaları xaricdə olan imtahanları idarə etməyə şərait yaradacaq.

Yeni imtahan korpusu 7 mərtəbə və zirzəmidən ibarətdir.

Binanın zirzəmisində imtahanlarda istifadə olunan dinləmə mətnlərinin səsyazma studiyası və anbar, 1-ci mərtəbədə xüsusi avadanlıqla təchiz edilmiş müsahibə zalları, əhaliyə psixoloji xidmət göstərilməsi üçün otaqlar və vətəndaşların qəbulu üçün geniş zal, 2–6-cı mərtəbələrdə böyük və kiçik imtahan zalları, 7-ci mərtəbədə konfrans zalı, işçi otaqları və yeməkxana yerləşir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

19 May 2024