Azərbaycanın beynəlxalq imicinin güclənməsi fonunda diplomatik nümayəndəliklərin xərclərinin 5 % artırılaraq 215 milyon manata çatdırılması düzgün addımdır və ölkənin xarici siyasət prioritetlərinə xidmət edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zaur Şükürov parlamentin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.
O əlavə edib ki, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının artması neft-qaz asılılığının azaldılmasına, iqtisadiyyatın şaxələndirilməsinə və daha dəqiq proqnozlaşdırılan büdcə siyasətinə imkan yaradır.
Şükürov vurğulayıb ki, regional münaqişələrə baxmayaraq Azərbaycanda makroiqtisadi və fiskal sabitlik qorunub, iqtisadi artım davam edir.
Bakı 



