• Bakı 12° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Dırnaq böyüklüyündə balığın çıxardığı səs...

CƏMİYYƏT

27 Fevral 2024 | 13:19

Dırnaq böyüklüyündə balığın çıxardığı səs...

Alimlər aşkar ediblər ki, kiçik, şəffaf balıq beton qazan kimi yüksək səs çıxarır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniyada laboratoriyada akvariumdan gələn sirli səslər üzərində araşdırmalar başladılıb və Danionella serebrum adlı balıqların güclü səs çıxardığı görülüb.

Balıq bu səsi üzmə kisəsi adlanan orqanından çıxarır. Balığa yaxın sularda səs 140 desibel ölçülür, bu da güllə səsi qədərdir.

Tədqiqatçılar 12 mm uzunluğundakı bu növün indiyə qədər tapılmış ən səs-küylü balıq olduğuna inanırlar. Bu səsin sosial ünsiyyət forması ola biləcəyi təxmin edilir. Təbiətdə heyvan nə qədər böyükdürsə, səsi də bir o qədər yüksəkdir.

Danionellaya tədqiqatlarda maraq göstərilir, çünki şəffaflığı onun beyninin görünməsinə imkan verir. Bu da tədqiqatçılara onu yaxından araşdırmaq imkanı verir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026