• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Donuz ürəyi köçürülən ikinci insan da öldü

DÜNYA

01 Noyabr 2023 | 14:29

Donuz ürəyi köçürülən ikinci insan da öldü

ABŞ-da dünyada donuz ürəyi köçürülən ikinci pasiyent olan 58 yaşlı Lorens Fosett dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Merilend universitetinin tibb mərkəzi yayıb. 

Məlumata görə, o, əməliyyatdan 6 həftə sonra vəfat edib. 

Bildirilir ki, ürək çatışmazlığından əziyyət çəkən Lorensə genetik modifikasiya olunmuş donuz ürəyi sentyabrın 20-si köçürülmüşdü. 

Universitet qeyd edib ki, əməliyyatdan sonra bir ay ərzində köçürülən ürək çox yaxşı işləyib. Fosettdə son günlər orqanizmin ürəyi rədd etməsi əlamətləri müşahidə edilib və son nəticədə o bu səbəbdən dünyasını dəyişib. 

Xatırladaq ki, dünyada insana genetik modifikasiya edilmiş donuz ürəyinin köçürülməsi ilə bağlı ilk əməliyyat 2022-ci il yanvarın 7-si Baltimorda həyata keçirilib. Həmin şəxs 57 yaşlı Devid Bennet olub. Əməliyyatın uğurla keçməsinə baxmayaraq o, ötən ilin martında vəfat edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026