• Bakı 11° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Dörd müsəlmanın qatili saxlanıldı

DÜNYA

10 Avqust 2022 | 11:34 | Müəllif: Qalib İbrahimoğlu

Dörd müsəlmanın qatili saxlanıldı

Albukerkedə 4 müsəlmanın qətlində təqsirli bilinən şəxs saxlanılıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Albukerke Polis Departamentinin rəisi Harold Medina “Twitter” hesabında paylaşım edib.

Məlumata görə, Nyu Meksiko əyalətinin ən böyük şəhəri olan Albukerkedə keçən noyabr ayından bu yana 3, son iki həftədə isə 4 müsəlmanın gülləbaran edilməsi qorxu və təşviş yaratmışdı. 62 yaşlı Məhəmməd Əhməd 2021-ci ilin noyabrında halal market biznesinin arxasındakı avtomobil dayanacağında ölü tapılmışdı. 41 yaşlı Aftab Hüseyn iyulun 26-da mənzilinin dayanacağında güllələnmişdi. 27 yaşlı tələbə lideri Məhəmməd Əfzaal Hüseyn avqustun 1-də Nyu Meksiko Universitetinə gedən yolda güllələnmiş, 25 yaşlı Naeem Hussain isə avqustun 5-i cümə gecəsi atışmaların sonuncu qurbanı elan edilmişdi. Yerli Polis İdarəsi öldürülən müsəlmanların irq və dinə görə hədəf alındığına və qatilin eyni şəxs və ya şəxslər olduğuna inandıqlarını açıqlayıb.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden baş verənlərlə bağlı “Twitter” hesabında paylaşım etmişdi: "Albukerkedə 4 müsəlman kişinin dəhşətli şəkildə qətlə yetirilməsi məni qəzəbləndirdi və kədərləndirdi. Bu məsələ ilə bağlı tam araşdırma davam etdiyi üçün dualarım qurbanların ailələri ilə birlikdədir,  Bu nifrət dolu hücumların Amerika Birləşmiş Ştatlarında heç bir yeri yoxdur”.

Aytac Aslan


Dörd müsəlmanın qatili saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026