• Bakı 27° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Dörd restoran və bir çay evində pozuntular

CƏMİYYƏT

29 Noyabr 2021 | 20:45 | Müəllif: Subhan Mahmudov

Dörd restoran və bir çay evində pozuntular

Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə Bakıvaxtı.az-a Qida Təhlükəsizliyi agentliyindən məlumat verilib.

Məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 28-də ölkə üzrə 395 ictimai iaşə obyektində 689 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, Neftçilər pr., ev 108m ünvanında yerləşən, hüquqi şəxs "Dream Touch" MMC-yə məxsus “Beverly Hills Dinner” restoranı;

2. Bakı şəhəri, Nərimanov‎ rayonu, Rəhimov küç., ev 3A ünvanında yerləşən, fiziki şəxs Umarov Osman Nadir oğluna məxsus “Novbahar” restoranı;

3. Bakı şəhəri, Səbail‎ rayonu, Neftçilər pr., ev 108 ünvanında yerləşən, hüquqi şəxs "PJA" MMC-yə məxsus restoran;

4. Bakı şəhəri, Nəsimi rayonu, Rüstəm küç., m.11 ünvanında yerləşən, fiziki şəxs Fəsulov Siyasət Şahlar oğluna məxsus çay evi;

5. Gəncə şəhəri, Azərbaycan bayrağı küç., ev 138m ünvanında yerləşən, fiziki şəxs Zamanov Anar Abbasəli oğluna məxsus “Park House” restoranı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026