• Bakı C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.7694

    RUB - 1.6958

Dövlət Agentliyinin saxlanılması xərcləri azaldılıb

İQTİSADİYYAT

27 Dekabr 2024 | 12:27

Dövlət Agentliyinin saxlanılması xərcləri azaldılıb

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin saxlanılmasına 1 milyon 862 min manat vəsait ayrılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 4,4 % azdır.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "2025-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.

Gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir.

Son nəticədə büdcədə ÜDM-in 2,4 %-i qədər - 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.


SON XƏBƏRLƏR

27 Dekabr 2024