• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Dövlət orqanları ilə əməkdaşlıq edən şirkət CƏRİMƏLƏNİB

CƏMİYYƏT

30 Yanvar 2023 | 12:56

Dövlət orqanları ilə əməkdaşlıq edən şirkət CƏRİMƏLƏNİB

Mühafizə xidmətinin təşkili ilə məşğul olan “Palladium Defence and Security Solutions” MMC (Palladium Müdafiə və Mühafizə Xidməti) məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi əsasında protokol tərtib olunub.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

İnzibati xətalar haqqında iş Abşeron Rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə araşdırılacaq.

Şirkətin rəsmi saytında bildirilir ki, mühafizə xidmətinin təşkili ilə məşğul olan “Palladium Defence and Security Solutions” MMC şirkəti dövlət orqanları ilə əməkdaşlıq edərək ancaq onların təchizatı ilə məşğuldur.

İbRa


SON XƏBƏRLƏR

18 Mart 2024