Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi məhkəməyə müraciət edib.
Bakıvaxtı.az xəbər verir ki, “Azneft” İstehsalat Birliyi Bakı Apellyasiya Məhkəməsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüsüsi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldırıb.
İddia torpaq münasibətləri üzrə mübahisələrlə bağlıdır.
İnzibati mübahisələrə dair iş hakim Xəyalə Cəmilovanın sədrliyi ilə araşdırılacaq.
İbRa
















