• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Dövlət qurumu yarım milyonluq geyim aldı

CƏMİYYƏT

13 Iyul 2023 | 10:07

Dövlət qurumu yarım milyonluq geyim aldı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi  "ABŞERON TEKSTİL" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Bakıvaxtı.az xəbər verir ki, “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanları”nın satınalınmasına görə, “Abşeron Tekstil”ə 556 min 209 manat ödəniləcək.

Tenderlərin şərtlərinə görə, sifarişçi 1.199 ədəd göy rəngli pencək, 165 ədəd göy rəngli pencək (qadın), 150 ədəd göy rəngli gödəkçə (kişi), 50 ədəd göy rəngli gödəkçə (qadın), 801 ədəd uzunqol mavi rəngli köynək (kişi) və 100 ədəd uzunqol mavi rəngli köynəklə (qadın) təmin edilməlidir.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026