• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Dünya Gənc Türk Yazarlar Birliyindən Fransaya ETİRAZ

CƏMİYYƏT

23 Yanvar 2024 | 09:38 | Müəllif: Qalib İbrahimoğlu

Dünya Gənc Türk Yazarlar Birliyindən Fransaya ETİRAZ

Görkəmli Azərbaycan şairi və ictimai xadimi Xurşidbanu Natəvanın Fransanın Evian-le ban şəhərində 2017-ci ildə ucaldılmış heykəlinə qarşı edilmiş nalayiq hərəkət vandalizm, ümumilikdə mədəniyyət amilinə qarşı atılmış təhqiredici addımdır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikir Fransada Xurşidbanu Natəvanın heykəlinin təhqir edilməsinə qarşı Dünya Gənc Türk Yazarlar Birliyi nümayəndələrinin bəyanatında əksini tapıb.

Bəyanatda qeyd olunur ki, Xurşidbanu Natəvan Azərbaycan tarixinin ən parlaq simalarından biridir. O yaşadığı dövrdə istər mədəniyyətə göstərdiyi xidmətlərə, istərsə də insanların gözəl yaşamı üçün gördüyü işlərə görə bu gün də minnətdarlıqla xatırlanır:

“O, həm şair kimi, həm də xeyriyyəçi kimi parlaq fəaliyyəti ilə tarixləşmişdir. Biz Dünya Gənc Türk Yazarlar Birliyinin Türk dünyasının müxtəlif ölkələrindən olan üzvləri olaraq Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı edilmiş bu hərəkəti qınayır və bu kimi addımların yolverilməz olduğunu bəyan edirik”.

Bəyanatı

1. İntiqam Yaşar - Azərbaycan Respublikası

2. Özgür Bacaqsız -Türkiyə Respublikası

3. Erkinbek Serikbay- Qazaxıstan Respublikası

4. Sayat Kamşiger - Qazaxıstan Respublikası

5. Gülnaz Fayzulla- Qazaxıstan Respublikası

6. Mehrinaz Abbas - Özbəkistan Respublikası

7. Dilroba Norqulova - Özbəkistan Respublikası

8. Rizkul İzzatova -Qırğız Respublikası

9. Bekbolat Sarıbay - Qırğız Respublikası

10. Ayşən Rəhim -Azərbaycan Respublikası

11. Ümid Nəccari - Güney Azərbaycan

12. Ramin Cəbraili Yaşar - Güney Azərbaycan

13. Rahmat Babacan- Özbəkistan Respublikası

14. Ənvər Aykol - Türkiyə Respublikası

15. Dərya Akdemir -Türkiyə Respublikası

16. Jamshid Nurqul Özbəkistan Respublikası

17. Asliddin Yunusov – Özbəkistan Respublikası

imzalayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026