• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Dünyanı heyrətə gətirən kəşf - Super Yer tapıldı

DÜNYA

23 Iyul 2023 | 18:12 | Müəllif: Subhan Mahmudov

Dünyanı heyrətə gətirən kəşf - Super Yer tapıldı

Astronomlar NASA-nın Transiting Exoplanet Tracking Satellite (TESS) ilə yeni "super-Yer" ekzoplanetinin kəşf edildiyini elan ediblər.

Bakıvaxtı.az xəbər verir ki, "TOI-1680 b" adlandırılan ekzoplanet Yerdən təxminən 50 faiz böyük olan və dünyadan təxminən 120 işıq ili uzaqlıqda yerləşən M tipli cırtdan ulduzun ətrafında fırlanır.

"TOI-1680 b"in Yerin radiusundan 1,46 dəfə geniş olduğu təxmin edilir və kütləsi Yerin kütləsinin təxminən 3,18 qatına bərabərdir.

Qeyd edək ki, TESS tranzit ekzoplanetləri axtarmaq üçün Günəşə yaxın, ən parlaq 200 min ulduzu axtarır. İndiyədək 6700-ə yaxın ekzoplanetin tapıldığı güman edilib, onlardan 363-ü təsdiqlənib./musavat


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR