• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Dünyanın "çörəyi yanır" - Hindistandakı anomal istilər Avropanı ac qoyacaq

DÜNYA

07 May 2022 | 20:06 | Müəllif: Subhan Mahmudov

Dünyanın "çörəyi yanır" - Hindistandakı anomal istilər Avropanı ac qoyacaq

Son bir həftədir aprel-may ayına uyğun olmayan anomal isti hava Hindistanda əkinçiliyə milyonlarla zərər vurub.

Bakıvaxtı.az bakupost-a istinadən xəbər verir ki, yerli hökumət temperaturun normadan 10-15 dərəcə yüksək olduğunu bildirib.
Yaz ayında belə bir istilik illərdir ki, qeydə alınmayıb.

Bəzi əyalətlərdə hərarət 50 dərəcəni keçir. İri şəhərlərdə minimum 40 dərəcədir.

Yerli əhali istidən qorunmaq üçün küçələrdə buz paylayır, yaxalarına buz salır, soyuq su içirlər.

İsti hava nəticəsində zəmilər, əkin sahələri, meşələr, şəhərətrafı nəhəng zibilliklər yanır.

Nyu-Dehli bütün şəhər təsərrüfatlarını səfərbərliyə alıb.

Xəstəxanalara istilik və günvurma ilə bağlı minlərlə xəstə daxil olur. Yaşlı, xəstə insanların səhhəti pisləşir.
Ölkədə vəziyyət pandemiya dövründən də pisdir.

Mütəxəssislər qeyd edir ki, aprel-may üçün bu göstərici son 122 ildə qeydə alınmayıb.

Belə olduğu halda, alimlər dünyanın böyük buğda, taxıl payının istilərin qurbanı və qıtlığa səbəb olacağını açıqlayıb.
Belə ki, Hindistandan buğda, taxıl alan ölkələrə ixrac azalacaq.

Nəticədə Avropanın çox ölkələri ac qalmaq təhlükəsi ilə üzləşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026