• Bakı 20° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

DYP-dən Anım Günü ilə bağlı MÜRACİƏT

CƏMİYYƏT

26 Sentyabr 2023 | 17:54

DYP-dən Anım Günü ilə bağlı MÜRACİƏT

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi 27 Sentyabr – Anım Günü ilə bağlı müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, yol polisi Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyabana ziyarətçilərin hər il olduğu kimi axınını nəzərə alaraq həmin ərazilərdə gün ərzində təhlükəsizliyi təmin etmək məqsədilə nizamlayıcı qismində xidməti təşkil edəcək:

“Lakin bütün ziyarət edən şəxslərdən xahiş edirik ki, hərəkətin intensivliyini nəzərə alaraq, əraziyə şəxsi avtomobilləri ilə deyil, ictimai nəqliyyatla gəlsinlər. Şəxsi minik avtomobilləri ilə gələn ziyarətçilər isə avtomobillərini yolun hərəkət istiqamətindən saxlamasınlar”.


SON XƏBƏRLƏR

15 Sentyabr 2025