• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Dzyuba Rusiya millisində oynamaqdan imtina etdi

İDMAN

21 Sentyabr 2021 | 17:21

Dzyuba Rusiya millisində oynamaqdan imtina etdi

"Zenit" klubunun futbolçusu Artyom Dzyuba Rusiya millisinin oktyabrda keçirəcəyi 2022-ci il dünya çempionatının Avropz zonası üzrə seçmə matçlarında oynamaqdan imtina edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə 33 yaşlı hücumçu "Matç TV"yə açıqlamasında deyib.

Təcrübəli forvard optimal formasından uzaq olduğu üçün belə qərar qəbul etdiyini bildirib: "Bu halda yığmaya 100 faiz kömək edə bilmərəm. Ötən mövsüm çox gərgin və uzun alındı. Avropa çempionatından gözləntilər böyük idi. Ciddi hazırlıq keçdik, əlimizdən gələni etdik, amma nəticə uğursuz oldu. Bütün bunlar həm fiziki formaya, həm də emosional vəziyyətə təsir etdi".

Yığmanın baş məşqçisi Valeri Karpin qarşıdakı oyunlar üçün açıqladığı ilkin heyətdə Dzyubaya da yer vermişdi.

Qeyd edək ki, H qrupunda mübarizə aparan Rusiya millisi oktyabrın 8-də Slovakiyanı qəbul edəcək, 3 gün sonra isə Sloveniyanın qonağı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026