Əfqanıstanda dövlətin üçrəngli milli bayrağı rəsmi olaraq qadağan olunub.
Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı “Taliban” hökuməti qərar qəbul edib.
Məlumata görə, bundan sonra Əfqanıstanın üçrəngli bayrağın yerinə bütün dövlət müəssisələrində və ondan xaricdə “Taliban” hərəkatının rəmzi olan ağ bayraqdan istifadə ediləcək.
Bundan başqa, “Taliban” Hərəkatının rəsmi şəxslərinə də üçrəngli geyim qadağan olunub.
Nuranə Daxilqızı
















