• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əhali daha çox bu məhsullara pul XƏRCLƏYİB

İQTİSADİYYAT

29 Aprel 2021 | 20:06

Əhali daha çox bu məhsullara pul XƏRCLƏYİB

Azərbaycan əhalisinin pərakəndə ticarət şəbəkələrində pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, 2021-ci ilin yanvar-mart aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,8 faizi içkilər və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə, qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,5 milyard manatlıq məhsul satılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026