• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Əhalinin banklara nə qədər borcu var?

CƏMİYYƏT

24 Yanvar 2023 | 13:36

Əhalinin banklara nə qədər borcu var?

Hazırda Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı mənzərə o qədər də pis deyil. 2022-ci ildə 20 milyard manat kredit borcları var. Vaxtı keçmiş kreditlərin həcmi isə təxminən 600 milyona yaxındır ki, bu da 3 faiz həcmindədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

O qeyd edib ki, 2021-ci illə müqayisədəə 2022-ci ildə bu rəqəm təxminən 18% azalıb.

Komitə sədri bildirib ki, bu, beynəlxalq praktikada qəbul olunacaq bir haldır.

T.Mirkişili qeyd edib ki, yaxın vaxtlarda parlamentə banklarla bağlı ayrıca bir paketin gəlməsi gözlənilir. O əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə kifayət qədər mexanizm qurmağı bacarıb.


SON XƏBƏRLƏR

25 Aprel 2024