• Bakı 17° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Tramp Avropa İttifaqının parçalanmasını istəyirdi - Qardner

DÜNYA

10 Dekabr 2024 | 12:25

Tramp Avropa İttifaqının parçalanmasını istəyirdi - Qardner

Donald Tramp hakimiyyətdə olduğu dövrdə Avropa İttifaqının dağılmasını istəyirdi.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-nin Avropa İttifaqındakı keçmiş səfiri Entoni Qardner “Politico” qəzetinə bildirib.

Qardnerin fikrincə, Tramp prezidentliyinin ikinci dövründə Aİ ilə münasibətlərində Macarıstanın baş naziri Viktor Orbanın dəstəyinə güvənəcək. Orban tez-tez ittifaqı tənqid edir və bu yanaşmanın Aİ-nin hazırkı həssas vəziyyətində uğurlu ola biləcəyini bildirib.

Dekabrın 1-də "The Wall Street Journal" qəzeti diplomatlara və məmurlara istinadən yazıb ki, Avropa İttifaqı Tramp ilə münasibətləri yaxınlaşdırmaq üçün ABŞ-dan daha çox mal almaq məsələsini nəzərdən keçirə bilər.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

23 Aprel 2025