• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı oldu

CƏMİYYƏT

14 Iyun 2023 | 14:22

Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı oldu

İyunun 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, telefon danışığı əsnasında Ə.Əsədov C.Yılmazı Türkiyənin Vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə bir daha təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

İki qardaş ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli səyləri ilə bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub.

Türkiyə prezidentinin Azərbaycana son səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətə hazırlıq ifadə olunub.

Eyni zamanda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində görüləcək işlər nəzərdən keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026