• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

AZAL: Gecikmiş reysin sərnişinləri digər təyyarə ilə İstanbula yola düşdülər - YENİLƏNİB

CƏMİYYƏT

14 Iyul 2023 | 14:20 | Müəllif: Qalib İbrahimoğlu

AZAL: Gecikmiş reysin sərnişinləri digər təyyarə ilə İstanbula yola düşdülər - YENİLƏNİB

AZAL-ın texniki səbəbdən gecikmiş J2 75 reysinin sərnişinləri digər təyyarə ilə saat 13:46-da Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula uğurla yola düşüblər. 

Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, həmçinin İstanbul-Bakı marşrutu üzrə gecikmiş reysin uçuşu Bakı vaxtı ilə saat 16:50 həyata keçiriləcək. 

Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərsiniz.

***

11:49

AZAL-ın Bakı-İstanbul marşrutu üzrə həyata keçiriləcək J2 75 reysinin uçuşu texniki səbəbdən gecikir.

Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, gecikmiş reysin sərnişinləri yaxın zamanda İstanbul Hava Limanına digər təyyarə ilə yola düşəcəklər.

Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt vasitəsilə müraciət edə bilərsiniz.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026