• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Əli Əsədov iordaniyalı sədr ilə görüşdü

CƏMİYYƏT

15 May 2023 | 17:18

Əli Əsədov iordaniyalı sədr ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 15-də ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Ahmed Al-Safadi ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Bakıda keçirilən Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasının önəmi vurğulanıb, İordaniyanın tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluq ifadə edilib.

Azərbaycan-İordaniya əməkdaşlığının bir çox sahələrdə uğurla inkişaf etdiyi bildirilib, parlamentlərarası əlaqələrin müsbət dinamikası yüksək qiymətləndirilib.

Eyni zamanda iki ölkə arasında ticarət-iqtisadi, investisiyaların təşviqi, humanitar, turizm və digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026