• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Əli Əsədov İqbal Babayevə yüksək vəzifə verdi

CƏMİYYƏT

23 Noyabr 2023 | 18:20

Əli Əsədov İqbal Babayevə yüksək vəzifə verdi

İqbal Babayev Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin Azərbaycan tərəfdən həmsədri təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, İ. Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsi sədrinin müavini vəfivəsində çalışıb.

Qeyd edək ki, İqbal Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olub.

1986-cı ildə Kiyev İnşaat Mühəndisləri Milli Universitetinin (KİMMU) Avtomatlaşdırma və İnformasiya Texnologiyaları fakültəsini bitirib.

1990-ci ildə KİMMU-da texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru, 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru elmi dərəcələrini alıb.

1992-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri, 2000-2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru işləyib.

2008-2009-cu illərdə Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarə rəisinin 1-ci müavini, 2009-cu ildən DGK-da Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

2018-ci il 6 iyul tarixindən Azərbaycan Prezidentinin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub. Gömrük xidməti general-mayorudur.

Ukrayna, ingilis və rus dillərini bilir.

Evlidir, iki övladı var. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026