• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Səsvermə günü tələbələr universitetlərdə olmayacaq”

CƏMİYYƏT

23 Dekabr 2023 | 17:01

“Səsvermə günü tələbələr universitetlərdə olmayacaq”

“Səsvermə günü tələbələr universitetlərdə olmayacaq. Tətil günündə tələbələr müxtəlif yerlərə gedə bilərlər. Ona görə tələbələr harada olur- olsun, səs verə bilməlidir”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün keçirilən Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib.

“Bununla bağlı Emin müəllimlə (elm və təhsil naziri Emin Əmrullayev -red.) görüşmüşük. Siyahını verməyə hazırdılar. Tələbələrin səsverməsi məsələsini dəqiqləşdirməliyik. Tələbələr əgər 6 ay bir evdə kirayə qalırsa, artıq orada səs verə bilər, yox əgər kirayədən çıxırsa, qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verməlidir” - M.Pənahov deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR