• Bakı 24° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

GUAM müşahidəçiləri seçkini izləyəcək

CƏMİYYƏT

22 Yanvar 2024 | 16:27

GUAM müşahidəçiləri seçkini izləyəcək

GUAM-ın müşahidə missiyası fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Secki-2024.az saytı xəbər verib.

Bildirilib ki, 5 nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatoru Teymuraz Kiladze daxildir.

Qeyd edək ki, GUAM-ın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026