• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Keçmiş deputatlığa namizəd HƏBS EDİLDİ - FOTO

CƏMİYYƏT

22 Yanvar 2024 | 16:50

Keçmiş deputatlığa namizəd HƏBS EDİLDİ - FOTO

Deputatlığa keçmiş namizəd Fərid Süleymanov həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, 1981-ci il təvəllüdlü F.Süleymanov bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə F.Süleymanova 30 sutka həbs cəzası verilib.

Qeyd edək ki, Fərid Süleymanov 2020-ci ildə Milli Məclisə seçkilər zamanı deputatlığa namizəd olub. O, eyni zamanda sosial şəbəkələrdə “gördüm, göstərdim” səhifələrini idarə edərək bloqerlik fəaliyyəti göstərib, sözügedən səhifələrdə yol-hərəkət qaydaları ilə bağlı müşahidə etdiyi xoşagəlməz halları paylaşıb. /Qafqazinfo

 


Keçmiş deputatlığa namizəd HƏBS EDİLDİ - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026