• Bakı 19° C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Əliyev Putinlə Tacikistanda görüşəcək? - Uşakov

DÜNYA

07 Oktyabr 2025 | 18:50

Əliyev Putinlə Tacikistanda görüşəcək? - Uşakov

“Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə bilər”.

Bakıvaxtı.az  “URA.RU”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

“Planlaşdırılmış görüşlər olacaq, amma indi onları sadalamaq istəmirəm. Sammitlərin adi iş rejiminə uyğun olaraq ayaqüstü söhbətlər də mümkündür”, – deyə Uşakov bildirib.

Qeyd edək ki, Y.Uşakov daha əvvəl demişdi ki, MDB Dövlət Başçılarının sammitində yeni “MDB+” formatı müzakirə olunacaq.

Bu təşəbbüs üzv ölkələrin digər regionlardan olan tərəfdaşlarla dialoqunu genişləndirməyə və Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu vasitəsilə inteqrasiya proseslərini gücləndirməyə imkan verəcək.

 


SON XƏBƏRLƏR