“25 kiloqramdan çox arıqlamışam”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Maqazin plus” verilişinə açıqlamasında deyib.
Sənətçi mədəkiçiltmə əməliyyatı etdirdiyini etiraf edib:
“Bəziləri kimi, mən bunu gizlətməyəcəm. Mədəkiçiltmə əməliyyatı etdirdim. Mənim geyim qarderobum elədir ki, oradakı paltarlarımı nə sata bilərəm, nə də ata… O geyimlərə çoxlu pullar xərcləmişəm. Onlar hamısı mənim özümə yaraşır. Hamı o geyimləri geyinə bilər. Amma mənə başqa cür yaraşır”.
Ziyafət Əlisoy




jpg-1709279901.webp)











