• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Əmanətdən vergi tutulacaq, amma səhm və istqiraz alanların...

CƏMİYYƏT

31 Yanvar 2023 | 18:02

Əmanətdən vergi tutulacaq, amma səhm və istqiraz alanların...

Fiziki şəxslərə banklarda yerləşdirdikləri əmanətlər üzrə ödənilən faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində gəlir vergisindən azad edilmişdi.

Belə ki, “Vergi Məcəlləsi”nin 102.1.22-ci maddəsinə əsasən,  yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır. Ancaq bu müddət sabah başa çatır.

Əgər 2016-cı illərdə dəyişikliklər qəbul edilən zaman banklarda fiziki şəxslərin 8 milyard 77 milyon manat əmanəti var idisə, ötən müddətdə bu göstərici 11 milyard 743 milyon manatadək yüksəldi. 

“Bankda əmanət saxlayanlar 10 fazi vergi döyəcək, səhmlər və istqirazlar alanların dividend və faiz gəlirləri vergi tutulmayacaq”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Cəfər İbrahimov bildirib.

 

O qeyd edib ki, əhalinin banklarda təxminən 11 milyard 700 milyon əmanəti var: “Bu vəsaitin 40 faizi dollarla, 60 faizi manatladır. Sabahdan əmanətçinin əldə etdiyi gəlirdən banklar mənbədən 10 faiz vergi tutacaq”.

C.İbrahimovun sözlərinə görə, səhmlərlər və istiqrazlar üzrə gəlirlər bundan sonra da gəlir vergisindən azaddır: “Kapital bazarının maliyyə alətləri olan səhmlər və istqirazlar mənbədən verginin utulması nəzərdə tutulmayıb. Bankda əmanət saxlayanlar 10 fazi vergi döyəcək, amma səhm və istqiraz alanların dividend və faiz gəlirləri vergi tutulmayacaq”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026