• Bakı 7° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Əməkdar rəssam vəfat etdi

CƏMİYYƏT

09 Avqust 2022 | 21:55

Əməkdar rəssam vəfat etdi

Kino rəssamı, Azərbaycan Respublikasının Əməkdar rəssamı Arif Məhərrəmov vəfat edib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Kinorejissorlar Gildiyasından məlumat verilib.

Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olub.1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor olub. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026