• Bakı C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

Əməkhaqqı artımından 700 mindən artıq vətəndaş yararlanacaq - Himalay Məmişov

İQTİSADİYYAT

07 Yanvar 2025 | 12:01

Əməkhaqqı artımından 700 mindən artıq vətəndaş yararlanacaq - Himalay Məmişov

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müəyyən sahələrdə çalışan şəxslərin də əməkhaqqının da artırılması nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov DOST TV-nin efirində deyib.

Onun sözlərinə görə, ümumilikdə bu islahatdan 700 mindən artıq vətəndaş yararlanacaq:

“Onlardan 400 mini dövlət sektoru, 300 mini isə özəl sektorda faəliyyət göstərən şəxslərdir. Azərbaycanda minimum əməkhaqqının 400 manat müəyyən edilməsi dalğavari effekt yaradaraq digər üst pillələrdə olan şəxslərin əməkhaqlarının artırılmasına təsirini göstərir”.

O əlavə edib ki, fevralın 1-dən minimum pensiyalar da 320 manata çatdırılır və bu, 14 % artım deməkdir:

“Yanvarın 1-dən əmək pensiyaları əvvəlki ildə orta aylıq nominal əməkhaqqının orta tempinə uyğun indeksləşdirilir. Bu indeksləşmə də nəzərə alındıqda minimum əməkhaqqının arıtırılması, pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min insanı əhaət edəcək”.

Sədr məlumat verib ki, müavinət və təqaüdlərin artırılması ilə böyük kəsimi əhatə edən islahat nəzərdə tutulub:

“Proqnozlarımıza görə, 1 milyondan artıq insan bundan yararlana biləcək. 2018-ci ildə müavinət və təqaüdlərin maliyyələşdirilməsi xərci 430 milyon manat civarında idi. Bu rəqəm 2024-cü ilin sonunda 2 milyard manata çatıb. Burada 5 dəfəlik artım var”.

H.Məmişov həmçinin deyib ki, tələbələrə dövlət dəstəyinin olması da daim diqqət mərkəzindədir, təqaüdlərin də artırılması məsələsi qarşıya qoyulub.


SON XƏBƏRLƏR

07 Yanvar 2025