Türkiyəli məşhur müğənni Əmrahın oğlu Tayfun Ərdoğan evlənib.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, Tayfun jurnalist Əda İrapla nikah masasına əyləşib.
Verilən məlumata görə, Əmrah küsülü olduğu oğlunun toyuna gəlməyib.
Toy mərasimində Tayfunun yaxın dostları iştirak edib. Nikah şahidi isə aktyor Nuri Alço olub.
Qeyd edək ki, Tayfun Əmrahın Ebru Çolakdan olan oğludur və onlar uzun müddətdir görüşmürlər.
Xəyalə Rza





jpg-1690182294.jpg)
jpg-1690182300.jpg)













