• Bakı 19° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

Ən qısqanc qadınların bürcləri

CƏMİYYƏT

24 Aprel 2024 | 15:53

Ən qısqanc qadınların bürcləri

Astroloqlar ən qısqanc qadınların hansı bürclərdən olduqlarını açıqlayıblar.

Bakıvaxtı.az lent.az-a istinadən bildirir ki, sözügedən bu bürclər həmişə qarşı tərəfi nəzarətdə saxlamaq istəyirlər. Onlar daim hər yerdə özlərinə rəqiblər görürlər.

Həmin bürcləri təqdim edirik:

Əqrəb

Bu bürcün altında doğulan qadınlar yoldaşlarını öz şəxsi mülkləri hesab edirlər.

Onlar partnyorlarını digər qadınlardan uzaq tutmaq üçün həbsxanada belə saxlamağa razıdırlar. Ancaq real həyatda bu mümkün olmadığından, dayanmadan ətrafa nəzarət edib, sevgililərinə baxılmamasını təmin edirlər.

Balıq

Bu bürcün nümayəndələri zahirən sakit, balanslı və bir qədər soyuq xanımlardır. Onlarla görüşən kişilər ilk baxışdan düşünürlər ki, problemsiz münasibət yaşayacaqlar. Ancaq bu belə deyil. Ən kiçik bir şübhə vəziyyətində belə Balıqlar ağıllarını itirirlər. Proses təkcə yoldaşlarını deyil, ətraflarındakı hər kəsi narahat edir.

Şir

Qürurlu, gücə can atan Şirlər haqlı olaraq yanlarında olan bütün kişilərin ürəyinə sahibdirlər. Yəqin ki, onların seçdikləri partnyorlarla münasibətini izah etməyə ehtiyac yoxdur.

Bu bürcün nümayəndələrinin gözündən heç bir baxış, heç bir təsadüfi söz qaça bilməz. Onlar ailələrini tam nəzarətdə saxlamağı sevirlər.


SON XƏBƏRLƏR

25 May 2024