• Bakı 10° C

    12.11 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Ərdoğan: ABŞ-nin tarifləri Türkiyəyə daha asan başa gələcək

İQTİSADİYYAT

09 Aprel 2025 | 16:13

Ərdoğan: ABŞ-nin tarifləri Türkiyəyə daha asan başa gələcək

"Türkiyə ABŞ-nin yeni tariflər tətbiq etməsindən sonrakı dövrdə sağ qalmaq üçün daha az səy göstərməli olacaq".

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə aşağı tariflərə malik ölkələr qrupuna daxil olduğu üçün bu dövrü bir çox digər ölkələrlə müqayisədə daha asan keçəcək:

"Tariflərin səbəb olduğu ticarət müharibəsinin qlobal təsir göstərəcəyi aydındır. Qarşıdan gələn fırtınanın hər kəsə təsir edəcəyi isə danılmazdır. Hökumətimizin iqtisadi proqramı Türkiyəni xarici şoklara qarşı dayanıqlı hala gətirir və ölkə iqtisadiyyatının orta və uzunmüddətli perspektivdə daha davamlı olmasına səbəb olacaq".

Qeyd edək ki, ABŞ-nin xarici ticarət tərəfdaşlarına tətbiq etdiyi inimum baza tarif dərəcəsi 10% təşkil edir. Lakin bir sıra ölkələr üçün tariflər ABŞ-nin bu ölkələrlə ticarət kəsirindən asılı olaraq fərdi hesablanır.

Gülşən Şərif


SON XƏBƏRLƏR