• Bakı 19° C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Ərdoğan Putinlə telefonla DANIŞDI

DÜNYA

07 Oktyabr 2025 | 18:14

Ərdoğan Putinlə telefonla DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefonla danışıb.

Bakıvaxtı.az “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı iki ölkə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Telefon söhbəti zamanı R. T. Ərdoğan Türkiyənin Qəzzada atəşkəsin təmin olunması və humanitar yardımların bölgəyə çatdırılması üçün səylər göstərdiyini bildirib. O, həmçinin Ukrayna-Rusiya müharibəsinin ədalətli və davamlı sülhlə nəticələnməsi üçün diplomatik təşəbbüslərin sürətlənməsinin vacibliyini vurğulayıb və Türkiyənin sülh naminə çalışmaqda davam edəcəyini qeyd edib.

Görüş zamanı Ərdoğan rusiyalı həmkarını doğum günü münasibətilə təbrik edib.

 


SON XƏBƏRLƏR