• Bakı 28° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ərdoğan və Netanyahu arasında görüş keçirilə bilər

DÜNYA

01 Sentyabr 2023 | 17:39

Ərdoğan və Netanyahu arasında görüş keçirilə bilər

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 8-10-da Hindistanda keçiriləcək G-20 sammitində görüşə bilərlər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç “A Haber”ə müsahibəsində deyib.

O bildirib ki, Türkiyənin İsrail xalqı ilə heç bir problemi yoxdur: “Biz mövqeyimizi həmişə konkret ifadə edirik. Elə məsələlər var ki, əməkdaşlığa ehtiyac var”.

A.Kılıçın sözlərinə görə, B. Netanyahunun Türkiyəyə səfəri ilə bağlı hələ ki, konkret tarix yoxdur.

Qeyd edək ki, daha əvvəl B. Netanyahunun Türkiyəyə gedəcəyi iddia edilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026