• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğandan dəhşətli qəza ilə bağlı göstəriş

DÜNYA

09 Avqust 2021 | 00:13 | Müəllif: Subhan Mahmudov

Ərdoğandan dəhşətli qəza ilə bağlı göstəriş

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsir – Edremit yolunda baş vermiş ağır qəzada həlak olanların ailələrinə başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısı bununla bağlı Tvitter səhifəsində paylaşım edib.

“Bu gün Balıkəsirdə baş vermiş avtomobil qəzası başda olmaqla, digər avtoqəzalarda həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına, millətimizə başsağlığı verirəm. Bizi dərindən kədərləndirən bu hadisələrlə bağlı dövlətimiz son dərəcə dəqiqliklə araşdırmalar aparırır. Dövlət başçısı olaraq bu prosesləri yaxından izləyəcəyəm”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, bu gün Balıkəsir – Edremit yolunda baş vermiş qəzada 14 nəfər həyatını itirib, 18-i isə xəsarət alıb.

Digər bir qəza isə İzmirdə meydana gəlib. Bu faciəvi olayda isə 6 nəfər həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026