• Bakı 18° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

“Taliban” yeni hökumətin tərkibini açıqladı

DÜNYA

07 Sentyabr 2021 | 19:33 | Müəllif: Subhan Mahmudov

“Taliban” yeni hökumətin tərkibini açıqladı

“Taliban” Əfqanıstanın yeni hökumətinin tərkibini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Zəbibullah Mücahid mətbuat konfransı zamanı məlumat verib.

Bildirilib ki, yeni hökumətə müvəqqəti olaraq molla Məhəmməd Həsən Axund başçılıq edəcək. Onun müavini molla Əbdül Qani Bəradər olacaq.

Yeni kabinetin müdafiə naziri funksiyasını “Taliban”ın yaradıcısının oğlu Məhəmməd Yaqub Mücahid icra edəcək.

Həmçinin, Əmir Xan Mütaki isə Xarici İşlər Naziri vəzifəsini yerinə yetirəcək.

Siracuddin Həkkani DİN-ə, Əbdül Hak Vasiq isə kəşfiyyata rəhbərlik edəcək.

Ölkənin iqtisadiyyat naziri Məhəmməd Hənif, mədəniyyət və informasiya naziri Zəbibullah Mücahid özü olacaq.

Qeyd edək ki, açıqlanan hökumət tərkibinin müvəqqəti olduğu bildirilib.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR