Rusiyanın İrkutsk vilayətində neft tankerində partlayış olub.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, “Semen Dejnev” adlı neft tankerində partlayış Lena çayı ərazisində baş verib.
İnsident nəticəsində 2 nəfər xəsarət alıb. Hazırda hadisənin detalları araşdırılır.
Bakıvaxtı















