• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğanla görüşdə razılıq əldə olundu - NATO

DÜNYA

23 Fevral 2023 | 23:49 | Müəllif: Subhan Mahmudov

Ərdoğanla görüşdə razılıq əldə olundu - NATO

İsveçin NATO-ya daxil olması ilə bağlı dalana dirənmiş danışıqlarda irəliləyiş əldə olunub. İyul ayına qədər ölkə alyansa üzv ola bilər. 

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, martın ortalarında İsveç və Finlandiya nümayəndə heyətləri ilə danışıqların yeni raundu ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla razılıq əldə olunub. Tərəflər NATO-ya daxil olmaq planları ilə bağlı ölkələr arasında yaranmış çətinlikləri müzakirə etməlidirlər:

"Mən irəliləyiş görürəm. Məqsədim Finlandiya və İsveçi NATO sammitində tamhüquqlu üzv etməkdir".

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026