• Bakı 21° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

Əri “patı”ya qurşandı, arvadını meşəyə apardı…

CƏMİYYƏT

21 Aprel 2024 | 13:06

Əri “patı”ya qurşandı, arvadını meşəyə apardı…

Qadın və Uşaq Sığınacağına daha bir işgəncə görən qadın pənah gətirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sığınacağın Feysbuk səhifəsində məlumat verilib.

Bildirilib ki, üç övlad anası olan qadın ona işgəncə vermək istəyən ərinin əlindən qaça bilib:

"Ər hər axşam qadına onu meşəyə apararaq başını odunla, çəkiclə əzəcəyini deyib. Sonuncu dəfə yoldaşını meşəyə aparıb və dostuna zəng edərək onu "patı" adlı narkotik vasitə istifadə etməyə dəvət edib. Qadının ərinin əlindən qurtula bilməsi isə tam bir möcüzə olub. O, ərinin telefonla danışmasından istifadə edərək, ordan qaçıb. Daha sonra uşaqlarını da götürüb evdən çıxıb. Onun yaşadıqları, dedikləri, əllərinin danışdıqca titrəməsi sözlə deyilməyəcək qədər ağrılı idi. Qadın bundan öncə də dəfələrlə evdən qaçmaq istəyib, amma buna nail ola bilməyib. Hətta hamilə olarkən özünü 3-cü mərtəbədən də atıb. Xoşbəxtlikdən uşaq da, özü də sağ qalıb. Hazırda qadın sığınacaqdadır və özünə gəlməyə çalışır"./axar.az


SON XƏBƏRLƏR

25 May 2024