q
  • Bakı 10° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Ərindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜ

CƏMİYYƏT

21 Aprel 2026 | 17:34

Ərindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜ

Abşeron rayonunda kişi üç uşaq anası olan sevgilisini döyüb.

Bakıvaxtı.az-ın məlumatına görə, Abşeron rayon sakini Aytən Azadova (soyad şərtidir - red.) ilə həyat yoldaşı arasında narazılıq yarandığından onlar bir evdə ayrı yaşamaq qərarına gəliblər.

Həmin vaxtdan etibarən Aytən Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Təbriz Muradovla (soyad şərtidir - red.) tanış olur və onların arasında sevgi münasibəti yaranır.

Təxminən 6 ildən sonra Aytənlə Təbriz arasında mübahisə başlayır və onlar mütəmadi dava edirlər. Sonuncu mübahisə zamanı Təbriz Aytəni döyür. O, qadının başını çarpayıya vurub, daha sonra isə ona şillə və təpik zərbələri endirib.

Qadının şikayəti əsasında hadisə yerinə polis əməkdaşları gəlib, T.Muradov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunub.

Məhkəmənin qərarı ilə T.Muradova "Konstitusiya və Suverenlik İli" münasibətilə elan olunan amnistiya aktı tətbiq edilib və o, cəzadan azad olunub./Oxu.Az


SON XƏBƏRLƏR