q
  • Bakı 10° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

Qırmızı Bazar qəsəbəsinə daha 17 ailə KÖÇDÜ - YENİLƏNİB

    CƏMİYYƏT

    21 Aprel 2026 | 15:17

    Qırmızı Bazar qəsəbəsinə daha 17 ailə KÖÇDÜ - YENİLƏNİB

    Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.

    Bakıvaxtı.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçiləri iştirak ediblər.

    Qeyd edək ki, b mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 17 ailə - 74 nəfər köçürülüb.

    ***

    13:49

    İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

    Bakıvaxtı.az xəbər verir ki, bu gün Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 17 ailə olmaqla, 74 nəfər köçürülür. Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


    SON XƏBƏRLƏR