• Bakı 23° C

    5.38 m/s

Erməni generalın sanatoriyasında KÜTLƏVİ DAVA

DÜNYA

13 Avqust 2022 | 19:02 | Müəllif: Subhan Mahmudov

Erməni generalın sanatoriyasında KÜTLƏVİ DAVA

Ermənistanın keçmiş polis rəisinin müavini, general-leytenant Ararat Maxtesyana məxsus “Arzni” kurort kompleksində kişi meyiti aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az “Shamshyan.com”a istinadən xəbər verir.

Hadisə yerinə gələn polis və müstəntiqlər mərhumun İrəvan sakini, 67 yaşlı Qaqik Arutyunyan olduğunu müəyyən ediblər.

General A.Maxtesyan polisə və müstəntiqlərə bildirib ki, həmin gün Arutyunyanın qohumlarından ibarət 4-5 nəfər sanatoriyaya gəlib və hamını nalayiq qışqırıqlarla, işçiləri və istirahət edənləri təhqir etməklə, lənətlər yağdırmaqla hədələməyə başlayıblar. Onlar kompleklsin 3-cü mərtəbəsinin qapılarını və divarlarını yumruqla döyəcləyiblər, təhqiramiz ifadələr səsləndiriblər.(report)

Polis və müstəntiqlər həmin şəxslərdən ikisini şəxsiyyətini müəyyənləşdiriblər.

Faktla bağlı cinayət işi başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026