4 erməni hərbi qulluqçu xidmət yerindən qaçıb.
Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Gorus rayonu istiqamətində yerləşən bölmələrindən birində baş verib.
Qeyd olunur ki, erməni hərbçilər mütəmadi olaraq döyüldüklərinə, fiziki və mənəvi təhqirlərə məruz qaldıqlarına görə hərbi hissəni icazəsiz tərk edirlər. Ölkə mətbuatı rəsmilərin baş verənləri ictimaiyyətdən gizlətdiyini yazır.
Fərari hərbçilərin axtarışı və tapılaraq xidmət yerinə qaytarılması üçün hərbi polis tədbirlər həyata keçirir.
Aytac Aslan
















