• Bakı C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Ermənilərin cinayətləri ilə bağlı hesabat təqdim ediləcək

CƏMİYYƏT

01 Dekabr 2024 | 19:41

Ermənilərin cinayətləri ilə bağlı hesabat təqdim ediləcək

Ermənistanın Qarabağda işğal dövründə törətdiyi müharibə cinayətləri barədə 10 dekabr Ümumdünya İnsan Hüquqları Günündə yeni hesabat təqdim edəcəyik.

Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O, həmin tarixdə yeni hesabatla bağlı mətbuata geniş məlumat veriləcəyini qeyd edib.

S.Əliyeva noyabrın 24-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) 24-cü sessiyasındakı çıxışında da bu mövzuya diqqət çəkdiyini xatırladıb: “Bizim bütün tədbirlərimizdə əsas mövzu əlbəttə ki, Qarabağdır. İƏT yanındakı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası da bu mövzuda Azərbaycana yaxından dəstək olur. İƏT tərəfindən Xocalı soyqırımı genosid aktı kimi qəbul edilib, Bərdənin ermənilər tərəfindən bombalanmasına kəskin münasibət bildirilib, mütəmadi olaraq müxtəlif qətnamələr, qərarlar qəbul edilib. Birgə hesabatımız da təqdim olunacaq”.


SON XƏBƏRLƏR

01 Dekabr 2024