• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ermənistan 3 milyon dollar qrant aldı

DÜNYA

23 May 2024 | 10:30

Ermənistan 3 milyon dollar qrant aldı

Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan və Asiya İnkişaf Bankının (AİB) rezident nümayəndəsi Don Lambert çərşənbə qrant sazişi imzalayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yaponiya Asiya-Sakit Okean Rifah və Dayanıqlıq Fondu tərəfindən təklif edilən 3 milyon dollarlıq qrant Ermənistan hökumətinə kənd təsərrüfatının dolanışıq imkanlarını genişləndirmək və iqlim təsirlərinə çox həssas olan kənd ərazilərində ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq üçün dəstək verəcək.

İqlim adaptasiyası üzrə ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması proqramı Şirak və Tavuş bölgələrinə yönəldiləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026