• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ermənistan bu məsələ ilə bağlı ATƏT-ə müraciət etdi

DÜNYA

18 Oktyabr 2022 | 16:46

Ermənistan bu məsələ ilə bağlı ATƏT-ə müraciət etdi

Ermənistan Azərbaycanla sərhədə müşahidəçilər göndərmək üçün ATƏT-ə müraciət edib.

Bakıvaxtı.az  "news.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan norveçli həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

Mirzoyanın sözlərinə görə, hazırda Ermənistan-Azərbaycan sərhədinə ATƏT-dən müşahidəçilərin göndərilməsinin mümkünlüyü müzakirə olunur. Onların Ermənistan ərazisində yerləşdirilməsi planlaşdırılır.

“Biz bu məsələyə yaxın vaxtlarda aydınlıq gətirəcəyik”, - nazir bildirib.

Aİ-nin mülki missiyası ilə bağlı Mirzoyan əlavə edib ki, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olunması məsələsində beynəlxalq iştirakı gözləyir.

Xatırladaq ki, artıq Aİ Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsini təsdiqləyib. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR