"Azərbaycan və Ermənistan arasında etimad qarşılıqlı olaraq çox aşağıdır. Xüsusən, Azərbaycanın buna daha çox haqqı çatır".
Bu barədə politoloq Oqtay Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, son yüz illik tarixə nəzər salsaq, xüsusən 37 illik tarixə baxsaq, ermənilərin işğalçılıq siyasəti və törətikləri cinayərlər qısa müddətdə unudulacaq hadisələ deyil:
"Ona görə də Azərbaycan tərəfinin Ermənistana etimadı həddindən artıq aşağıdır. Hazırda sülh prosesinin dönməz xarakter alması üçün bir neçə vacib məsələnin həlli mütləqdir. Bunlardan biri Azərbaycanın irəli sürdüyü tələbdir. Ermənistan Konstitusiyasında Azərbaycan və Ermənistana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır”.
Müsahibimiz qeyd edib ki, digər yandan, ümumi qarşılıqlı etimadın yaranması üçün ilk növbədə ictimai təmasların davam etdirilməsi, genişləndirilməsi vacibdir:
“8 avqust Vaşinqton görüşü və orada əldə olunmuş anlaşmalar yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Hər iki dövlət rəhbəri açıq formada bəyan edir ki, sülh prosesinə sadiq qalacaqlar. Şübhəsiz ki, onillər boyu davam edən və on minlərlə insanın ölümü bahasına başa gəlmiş, ərazilərimizin viran qalması ilə nəticələnmiş işğal prosesinin sonunda etimad mühitinin yaradılması xeyli zaman tələb edəcək. Əgər tərəflərin, ələlxüsus Ermənistan hökumətinin iradəsi yetərli olacaqsa, davamlı sülhü təmin etmək ehtimalı yüksəkdir".

Oqtay Qasımov: Ermənistan əhalisi Konstitusiya dəyişikliyinə səs verərsə, o zaman dayanıqlı sülh üçün imkanlar yaranacaq
Analitik Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkisindən sonra Konstitusiya dəyişikliyinə, referenduma gediləcəyinə ümidvar olduğunu deyib:
"Ermənistan əhalisi Konstitusiya dəyişikliyinə səs verərsə, o zaman dayanıqlı sülh üçün imkanlar yaranacaq. Əksinə, erməni toplumu referendumda dəyişikliklərə "yox" deyərsə, həm sülh prosesinə, həm də start verilmiş etimad mühitinin formalaşmasına ciddi zərbə dəyəcək".
Aydın Baxış
Bakı 



